24 C
Bakı
26 Sentyabr 2025 18:12
Dünya

“Atamın bu ağrıya dözməyəcəyi üçün məni öldürməyə çalışırlar” – Baydenin oğlu

 

“Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər”.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Baydenin vergidən yayınmaqla ittiham olunan oğlu Hunter Bayden bildirib.

“Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar”, – deyə Hunter Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınmaq ilə bağlı 9 bənddən ibarət ittiham irəli sürülüb.

Belə ki, H.Bayden 2016-2019-cu illər ərzində 1,4 milyon dollar həcmində federal vergiləri ödəməməkdə ittiham edilir. O, həmçinin etibarsız vergi bəyannaməsi təqdim etməkdə təqsirləndirilir.  “Fox News” telekanalının məlumatına görə isə, Baydenin oğlunu 17 ilə qədər həbs cəzası gözləyə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Simonyandan etiraf: Hər gün dinc sakinləri bombalayırıq

redaktor

İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…

redaktor

“Tesla”nın satışları kəskin azalır – Tələb zəifliyi davam edir

admin