Sağlamlıq

TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”

 

“Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab olunmur”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var:

“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab olunmur. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.
TƏBİB sədri, həmçinin, qızılca ilə bağlı valideynlərə çağırış edib:

“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olun

redaktor

Kişilərdə andropoz 35 yaşdan başlayır?

admin

Sümük və əzələlər üçün kalsiumdan da vacib olan MAQNEZİUMUN növləri

redaktor