24 C
Bakı
12 Avqust 2025 00:51
Siyasət

Boreldən birgə bəyanata reaksiya: “Bu mühüm siyasi addımdır”

 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

redaktor

Ülvi Həsənli aclıq etdiyinə görə Umbakı həbsxanasında işgəncəyə məruz qalıb, “karsa” salınıb

admin

Belçikadan SEPAH-a terror damğası: İranla bağlı yeni mərhələ başlayır

redaktor