17 C
Bakı
28 Sentyabr 2025 03:36
Cəmiyyət

“Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum” – Hüseynin anası

 

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər-Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Tacxeber.com xəbər verir ki, “Qafqazinfo” bu münasibətlə Hüseyn Axundovun anası Şəlalə Axundova ilə əlaqə saxlayıb.

Şəlalə xanım sevinc göz yaşlarını saxlaya bilməyib:

“Gözümüz aydın. Prezidentimizin sürprizi ilə çox xoşbəxt oldum. Onun sürprizi dünənki ömürlük həbs cəzasından sonra bizə çox böyük hədiyyə oldu. Dövlət başçımıza çox minnətdarıq. Allah onu başımızdan əskik etməsin”.

 

Oxşar xəbərlər

Xanəndə Aqil Məlikov: Baxırsan akademikdir, toyda müğənniyə deyir “Bakılı balasıyam” oxu – MÜSAHİBƏ

admin

Sosial şəbəkələrdə kriptovalyuta tələsi – Məqsəd insanlardan pul qoparmaqdır

admin

Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? – Deputat AÇIQLADI

redaktor