3 C
Bakı
11 Fevral 2026 17:07
CəmiyyətSağlamlıq

Qızılca olan şəxslərdə öskürək 2 həftə davam edə bilər.

“Qızılcaya yoluxan şəxsdə zökəm əlamətləri- burunun tutulması, burun axması, gözün iltihablaşması, öskürək, eyni zamanda ağız boşluğunda selikli qişada ləkələr yaranmasıdır. Sonradan səpmə dövrü başlayır və yuxarıdan aşağıya doğru yayılır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O bildirib ki, səpgilər qırmızı ləkəli olur və 3 gün davam edir:

“Səpgilər bitəndə xəstənin qızdırması düşür və ümumi əhvalı yaxşılaşmağa başlayır. Səpgilər bir müddət ləkə halında qalır, sonradan tam keçir. Öskürək isə təxminən 10-14 gün davam edə bilər.

Xəstəlik keçirəndən sonra şəxs davamlı immmunitet qazanır və təkrar xəstələnmə halına demək olar ki, rast gəlinmir. Təkrar bu xəstəliyə yoluxma nadir hallarda baş verə bilər”. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Vüqar su içdiyi üçün vəfat edib? – Həkim inkar etdi.

admin

Əvəz Zeynallının azadlıqda – İlk fotosu

redaktor

Myasnikov: “Bu vitaminin çatışmazlığı yoluxucu xəstəliklərin artmasına gətirib çıxarır”

redaktor