30 C
Bakı
12 Avqust 2025 10:18
Dünya

Litva prezidenti: “Bir dəfə mühafizəçilərdən qaçdım, sonra onların üzünü görüb…”

 

Litva prezidenti Gitanas Nauseda bildirib ki, bu vəzifəyə təyin olunması onun həyatını dəyişib. O cümlədən bu, daimi təhlükəsizliyinin təmin olunması ilə nəticlənib.

Tacxeber.com  xəbər verir ki, dövlət başçısı mühafizəçilərinə heç də həmişə ciddi yanaşmadığını deyib.

“Nə vaxt və harada deməyəcəyəm, amma mən bir dəfə mühafizəçilərdən qaçdım. Lakin sonra mühafizəçilərin üzlərini görüb bir daha bunu etməmək qərarına gəldim”, deyə Nauseda bildirib.

O əlavə edib ki, prezident kimi bəzi şeyləri etməməyə alışmalı olub. Nauseda vurğulayıb ki, söhbət adi Litva vətəndaşlarının hər gün edə biləcəyi hərəkətlərdən gedir.

Nauseda 2019-cu ilin iyulundan prezident vəzifəsini icra edir. Litva parlamentli respublikadır, ona görə də ölkədə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur. Gələn il ölkəni yeni seçkilər gözləyir. Hazırda bu posta 4 namizəd var – Litva ordusunun keçmiş komandanı, istefada olan general-leytenant Valdas Tutkus, Kazlu Ruda şəhərinin meri Mantas Varaska, ölkənin keçmiş səhiyyə naziri Aureliyus Veriqa və hazırkı baş nazir İnqrida Simonyte.

Tacxeber.com

Oxşar xəbərlər

BMT Baş Assambleyasının qarşısında diplomat İZDİHAMI: Baydenə görə iclasa buraxılmırlar – FOTO

redaktor

“ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək” – Pentaqon rəhbəri

redaktor

Ərdoğan Makronu alçaltdı, ona heç kim hörmət etmir: Fransa bu kadrlardan danışır – VİDEO

redaktor