21 C
Bakı
23 İyun 2025 03:36
Hadisə

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə ömürlük həbs cəzası verildi

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə ömürlük həbs cəzası verildi

 

Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Tacxeber.comxəbər verir ki, bu barədə “Pastinfo” qəzeti məlumat yayıb.

Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.

Xatırladaq ki, 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Sonsuzluğunu müalicə etmək üçün diri cücə uddu və …..

admin

İstanbulda partlayış: ölü və yaralılar var

redaktor

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağ qalıb – Video

redaktor