GündəmKriminal

Səfər Mehdiyevlə bağlı sensasiya: Xaricə pul daşıyır…

Səfər Mehdiyevlə bağlı sensasiya: Xaricə pul daşıyır...

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.

Tacxeber.com-a daxil olan məlumatda bildirilir ki, S.Mehdiyev tez-tez xaricə səfər etməyə başlayıb və hər gedişində külli miqdarda vəsait çıxarır.

Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı bildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsait daşıdığı təəssüratını yaradıb. S.Mehdiyevin külli miqdarda vəsaiti ölkədən necə çıxara bilməsi də maraqlıdır.

Xatırladaq ki, 1973-cü il təvəllüdlü Səfər Mehdiyev 2018-2022-ci illərdə Gömrük Komitəsinə sədrlik edib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşada Azərbaycan şirkətinin Rusyaya Boing təyyarələri üçün daşıdığı təkərlər müsadirə edilib.

admin

Rusiya, İran və Azərbaycan arasında bu sazişin hazır olmasını səbirsizliklə gözləyirik – Putin

redaktor

Təbrizdə azərbaycanlı müğənni həbs olundu – Foto

redaktor