12 C
Bakı
29 Mart 2026 19:11
DünyaQalmaqal

Şimali Koreyadan ABŞ-a: Bu, müharibə səbəbidir!

Pxenyan ABŞ-ın peyk əməliyyatlarına istənilən müdaxiləsini müharibə səbəbi kimi qiymətləndirəcək.

Bu barədə Şimali Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ, suveren dövlətin ərazisini qeyri-qanuni və ədalətsiz şəkildə qabaqcıl texnologiyaları silahlandırmaq yolu ilə pozmağa cəhd edərsə, Şimali Koreya da adıçəkilən dövlətin casus peyklərinin effektivliyini pozmaq və ya məhv etmək üçün özünümüdafiə üçün cavab tədbirləri görməyi nəzərdən keçirəcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen İn casus peyki vasitəsilə Cənubi Koreyada ABŞ bazalarının yerləşdiyi Seul və digər şəhərlərin fotolarını əldə etdiklərini açıqlamışdı.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Kubaya “dostcasına” hücum etmək istəyir

redaktor

Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, uşaq sahibi ol” – ARAŞDIRMA

redaktor

İranda məcburi hicaba etiraz edən tələbə küçədə SOYUNDU – VİDEO

redaktor