20 C
Bakı
20 Oktyabr 2026 11:30
Dünya

İsrail-HƏMAS müharibəsində 61 jurnalist ölüb

Oktyabrın 7-dən İsraillə HƏMAS arasında başlanan müharibə zamanı azı 61 jurnalist həlak olub.

Tacxeber.com xəbər verir ki, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi məlumat yayıb.

Dekabrın 1-nə olan məlumata görə, müharibə zamanı 54 fələstinli, 4 israilli və 3 livanlı jurnalist öldürülüb. 11 media işçisi yaralanıb, üç nəfər itkin düşüb. 19 jurnalist həbs edilib. Bundan əlavə olaraq jurnalistlərin hücumlara, təhdidlərə, kiberhücumlara, senzuralara məruz qalması  və ailə üzvlərinin öldürülməsi faktları qeydə alınıb. Dekabrın 1-də “Əl-Əqsa” telekanalı  və “Anadolu”nun əməkdaşları öldürülüb. Noyabrın 24-də atəşkəsin başladığı gün  isə “Əl-Əqsa”nın jurnalisti öldürülüb.

İsrail Müdafiə Nazirliyi bunu digər  faktlarla yanaşı, həm də  HƏMAS-ın hərbi əməliyyatları jurnalistlərə və mülki şəxslərə yaxın həyata keçirməsi ilə izah edib.

Tacxeber.com

Oxşar xəbərlər

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin

Tehranın İslamabada sərhəd mesajı

redaktor