15 C
Bakı
26 Mart 2026 16:31
Gündəm

Qəzada ölən türkiyəli boksçunun ürəyi azərbaycanlı tələbəyə köçürüldü

Qəzada ölən türkiyəli boksçunun ürəyi azərbaycanlı tələbəyə köçürüldü

 

Türkiyədə qəza keçirərək həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avtomobil qəzasında ölən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.

Boskçunun ürəyi isə Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, Görkem Kaynar noyabrın 20-si Isparta – Eğirdir yolunda qəzaya düşmüşdü. O, 4 gün sonra xəstəxanada vəfat edib.


Tacxeber.com

Oxşar xəbərlər

Gecə klubu, içki məclisi… “Sabah”ın futbolçuları “Makkabi” ilə oyundan əvvəl “istirahət ediblər”

admin

İcra Başçısı və müavinləri tutuldu – Bakıya gətirilirlər

admin

Vasif Talıbovun mandatı ləğv olunur? – “Ona hələ heç bir söz deyilməyib”

redaktor