Gündəm

Qəzada ölən türkiyəli boksçunun ürəyi azərbaycanlı tələbəyə köçürüldü

Qəzada ölən türkiyəli boksçunun ürəyi azərbaycanlı tələbəyə köçürüldü

 

Türkiyədə qəza keçirərək həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avtomobil qəzasında ölən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.

Boskçunun ürəyi isə Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, Görkem Kaynar noyabrın 20-si Isparta – Eğirdir yolunda qəzaya düşmüşdü. O, 4 gün sonra xəstəxanada vəfat edib.


Tacxeber.com

Oxşar xəbərlər

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

admin

Kılıçdaroğlu Azərbaycanla bağlı yaydığı rüsvayçı xəritədən danışdı – İLK DƏFƏ / VİDEO

redaktor

Harrisin əri ən nüfuzlu 50 yəhudi arasında liderdir

admin