DünyaSiyasət

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Bu barədə “Georgia News” məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, “Gürcü arzusu” bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

“Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. “Rusiya arzusu”nun sonu yaxınlaşır, isteriya güclənir”, – Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra “Facebook”da yazıb. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq “Çarli” səviyyəli təhlükə tətbiq edilib” – CNN

admin

Prezident bir dəqiqədə icra başçısının 2 səhvini düzəltdi – Video

redaktor

Yer kürəsində maqnit qasırğası başladı

redaktor