19 C
Bakı
24 İyun 2025 00:31
Dünya

Ər-arvadın davasına görə təyyarə endirildi – “Alman mübahisəsi”

 

Noyabrın 28-də Almaniyanın Münhen Beynəlxalq Hava Limanından Banqkokdakı Suvarnabhumi Beynəlxalq Hava Limanına uçan təyyarə təcili eniş edib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb təyyarədə olan cütlüyün davası olub.

Belə ki, 53 yaşlı kişi arvadına qışqırıb və hirslə adyalını yandırıb.

Qadın kabin heyətindən kömək istəyib.

Pilotlar Yeni Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanına enməli olublar.

Təyyarə yerli vaxtla saat 11.26-da Yeni Dehlidə eniş edib. Mübahisə edən ər-arvad düşdükdən sonra təyyarə yerli vaxtla saat 13.26-da Yeni Dehlidən ayrılaraq təxminən 3.5 saatlıq uçuşdan sonra saat 18.29-da Banqkoka çatıb.

Mübahisə edən cütlük problemlərini Yeni Dehli hava limanında həll edib və Münhenə qayıdıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin sağlamlıq turizmindən əldə etdiyi gəlir təəccübləndirdi

admin

Trampa təcili atəşkəs və Ukraynanı istismar edən saziş lazımdır.

admin

“Rusiya hava limanlarına hücum edən PUA-lar Ukraynadan buraxılıb” – “The New York Times”

admin