Dünya

35 yaşlı kişinin beynindən çıxanlar həkimləri şoka saldı – FOTO

 

Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.

5 aydır baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən kişinin beynində iki çubuq olduğu aşkarlanıb.

Kişini yoxlayan həkimlər onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.

Həkimlər endoskopik əməliyyatla onun kəlləsinə ilişən çubuqları çıxarıblar.

Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına hansısa əşya ilə xəsarət yetirdiyini, lakin nə baş verdiyini xatırlamadığını bildirib.(musavat.com)

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

admin

“Rusiya Ukrayna xalqını məhv etmək niyyətində deyil, onlar bizim qardaş-bacılarımızdır” – Sergey Lavrov

redaktor

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi – VİDEO

redaktor