30 C
Bakı
09 Avqust 2025 10:16
İdman

Şahruddindən Şeydayevin döyülməsinə zarafatyana reaksiya – FOTO

 

Xəbər verdiyimiz kimi, Asiya Çempionlar Liqasında keçirilən “Zheijang” – “Buriram United” matçından sonra futbolçular arasında kütləvi dava düşüb. Kütləvi davada Tailandın “Buriram United” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev də iştirak edib. O, rəqib futbolçu ilə əlbəyaxa dava zamanı Çin klubunun üzvləri tərəfindən təklənib və döyülüb.

“Qafqazinfo”nun məlumatına görə, Ramil Şeydayev sözügedən davaya instaqram hesabında da reaksiya bildirib.

O, davadan görüntü paylaşaraq, “Mən hələ də burdayam, sadəcə mənə yeri göndər” sözlərini yazıb.

Bu arada millinin qapıçısı Şahruddin Məhəmmədəliyev də dava ilə bağlı zarafatından geri qalmayıb. O, instaqram hesabında məşhur cizgi filmindən epizod paylaşaraq sabiq komanda yoldaşı ilə zarafat edib.

 

 

Oxşar xəbərlər

Bu gün “Qarabağ” Çempionlar Liqasında ilk oyununa başlayır

admin

Ronaldo hotelini zəlzələdən zərərçəkənlər üçün istifadəyə verdi – FOTO

redaktor

Messidən gözlənilməyən hərəkət: Rəqibinin boğazından yapışdı – VİDEO

redaktor