19 C
Bakı
26 Sentyabr 2025 20:28
Gündəmİdman

Messi “eşşək” adlandırdığı şəxsə görə televiziya verilişindən İMTİNA ETDİ

 

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karragerin iştirakı ilə “CBS Sports Golazo” şousunda iştirak etmək dəvətini rədd edib.

Tacxeber.com xəbər verir ki, bu barədə verilişin aparıcısı Keyt Hebdo efirdə məlumat verib.

“Biz “İnter Mayami”yə rəsmi dəvət göndərdik və Messini şousumuza gəlməsini istədik. Rəsmi cavabın nə olduğunu bilirsinizmi? Bu haqda danışa bilərəmmi?

Aydındır ki, Lionel Messi Ceymi Karraqerin olduğu şouda iştirak etməyəcək”, – Hebdo yazıb.

2022-ci ilin yanvarında ingilis futbolçu Messi ilə şəxsi yazışmaları ilə bağlı bir hekayəni ictimaiyyətə açıqlayıb, argentinalı isə onu “eşşək” adlandırıb.

Karragerin sözlərinə görə, Messi onun “Paris Saint-Germain”lə imzaladığı müqavilənin o qədər də uğurlu müqavilə olmadığına dair sözlərinə belə reaksiya verib.

Tacxeber.com

Oxşar xəbərlər

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ötən il təkcə Qarabağ üzrə 30 milyondan çox vəsaiti tendersiz xərcləyib

admin

Miroslav Kloze Mahir Emrelidən narazıdır

admin

Xocalıdan qovulmuş, əsirlikdə qalmış və çox çətinliklə xilas olmuş Nərgizin hekayəsi – VİDEO

redaktor