29 C
Bakı
11 Avqust 2025 12:56
Dünya

Elon Mask üzr istədi: Etdiyim ən axmaq şeylərdən biridir

“Tesla”, “SpaceX” və “X” sosial media platformasının sahibi Elon Mask anti-semit kimi qəbul edilən tvitinə görə üzr istəyib.

Tacxeber.com xəbər verir ki, Nev York Times-ın 2023 DealBook Sammitində məruzəçi kimi iştirak edən Mask, antisemit olduğu aşkar edilən yazısı haqqında açıqlama verib.

“Bu, indiyə qədər etdiyim ən axmaq şeylərdən biridir. Bu tvitə görə üzr istəyirəm. Əgər kimsə məni reklam və ya pulla şantaj edəcəksə, rədd olun”.

Bəzi insanların ona nifrət etməsinin əhəmiyyət vermədiyini ifadə edən Mask, insanlara nifrətdən əl çəkməyi tövsiyyə edib.

Qeyd edək ki, “Apple”, “Warner Bros”, “Disney”, “Paramount”, “NBCUniversal”, “Discovery” və “Comcast” kimi şirkətlər də daxil olmaqla, bir çox təşkilat bu yazıya cavab olaraq “X”dəki reklamlarını ləğv edib.

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” – Ərdoğan

redaktor

Helikopter qəzasında ölən İran prezidentinin həyat yoldaşı işdən ÇIXARILDI

redaktor

Şimali Koreya ən güclü sistemlərini Rusiyaya verdi

admin