15 C
Bakı
21 Mart 2026 16:21
İqtisadiyyat

Bakıda daha bir məşhur “zapravka” fantastik məbləğə satışa çıxarıldı – FOTO

 

Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir.

Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur.

Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub.

Obyektin sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda – 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

“Ətin qiyməti davamlı olaraq artacaq”

redaktor

Minimum əmək haqqının vergidən azad olunması təklifi

redaktor

Azərbbaycanın neft ixracı sahəsində 40 faiz azalma

admin