29 C
Bakı
13 Avqust 2025 11:24
DünyaSiyasət

Finlandiya bu tarixdə Rusiya ilə sərhədləri bağlayacaq.

Finlandiya Rusiya ilə sərhəddə sonuncu nəzarət-buraxılış məntəqəsini noyabrın 30-da bağlamağı planlaşdırır.

“Unikal” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün Finlandiyanın Moskvadakı səfirliyi Rusiya hökumətinə rəsmi nota göndərib.

Notada Finlandiya hakimiyyətinin noyabrın 30-da Rusiya ilə sərhəddəki “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlayacağı qeyd olunub.

“Beləliklə, Rusiya-Finlandiya sərhəddində bütün nəzarət-buraxılış məntəqələri bağlanacaq”, – Zaxarova deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Bayden AZAL qəzası ilə bağlı suala belə cavab verdi

redaktor

ABŞ Ukrayna üçün çətin qərar verə bilər – Polkovnikdən KRİTİK AÇIQLAMA

redaktor

Əfqanıstanda partlayış: Taliban məmuru öldürüldü

redaktor