32 C
Bakı
12 Avqust 2025 16:45
CəmiyyətDünyaPlanet

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək.

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir.

Tacxeber APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək:

“Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”.

Bundan əvvəl məlum olmuşdu ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnozlaşdırılır.

Tacxeber.com

Oxşar xəbərlər

Sürətlə yayılan virusa görə bir ştatda karantin elan edildi

redaktor

Selçuk Bayraktar zərərçəkənlərə 1000 mənzil bağışlayır – Video

redaktor

İranda ilk qadın prezidentliyə namizəd qeydiyyata alındı

redaktor