11 C
Bakı
29 Mart 2026 11:38
GündəmSiyasət

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”  

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı məlumatı şərh edərkən “Məni də zəhərlədilər” deyib.

Tacxeber.com-ın məlumatına görə, M.Saakaşvili bildirib:

“Bu, rusların tipik üslubudur. Mən həbsxanada zəhərləndim, alman və amerikan laboratoriyaları bədənimdə ağır metalların olduğunu təsdiqlədi”.

Ötən gün bir sıra Ukrayna mənbələri ölkə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi və onun orqanizmində ağır metalların olması barədə məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov “bu məlumatı rəsmən təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Zəngəzur dəhlizi Türkiyənin Ermənistanla sərhədin açılmasına, Cənubi Qafqazda möhkəmlənməsinə gətirəcək

admin

Rusiyanın Xankəndi variantının yeni səhifəsi

redaktor

FEYXOANI niyə ən çox kişilər yeməlidir? – Meyvənin TƏRKİBİ və ZƏRƏRLƏRİ

redaktor