Dünya

Rus qadınların müharibəyə etirazı: “Ərimi qaytarın”

 

Rusiyada hərbi xidmətə çağırılan kişilərin xanımları Ukrayna müharibəsinə etiraz olaraq orjinal varianta əl atıblar. Onlar avtomobillərinə “Ərimi qaytarın” stikerləri yapışdıraraq fləşmoba başlayıblar.

Tacxeber.com xəbər verir ki, bu barədə “Пути домой” hərəkatının teleqram kanalında deyilir.

Qeyd olunur ki, hərəkat stiker kampaniyasına başlayıb. Çərşənbə axşamı səhər hərəkatın Teleqram kanalında Rusiyanın İjevsk, Orel, Barnaul və digər şəhərlərindən gələn avtomobillərin fotoları dərc olunub. Bu avtomobillərin arxa şüşələrində “Ərimi qaytarın”, “Kürəyimi qaytarın…” sözləri yazılmış stikerləri görmək olar.

Tacxeber.com

Oxşar xəbərlər

“Ford”un rəhbərinin oğlu təhsilindən imtina etdi: Mexanik olmaq istəyir

admin

350 milyon avroluq təkliflə bağlı vaxt istədi

admin

İran Türkmənistanla sərhədi niyə bağladı?

admin