CəmiyyətGündəm

30 il sonra geydirmə millətə çevriləcəksiniz – Şair od püskürdü – VİDEO

 

“Hamınız bir-birinizin həvəsinə tiktokdakı, yutubdakı və digər şəbəkələrdəki “layk”ların xətrinə övladlarınızı qızlı-oğlanlı aparıb rəqsə yazdırırsınız. Kriminal kultun nə qədər …(qeyri-etik ifadə) hərəkətləri varsa, rəqs formasında uşaqlarınıza yeridirlər”.

Tacxeber.com xəbər verir ki, bu sözləri gənc şair Emin Akif (Eminquey) deyib. o, bildirib ki, bu rəqslər vasitəsilə qızlara da narkomanların hərəkətləri aşılanır:

“Axı bunların öyrətdiyi Azərbaycanın milli rəqsi deyil. İllah da o qız uşaqlarının rəqs edə-edə ovuclarında “narkotik” eşməkləri sonra onu “çəkməkləri”, sonra “nəşəxor”lar kimi əl hərəkətləri etmələri vallah biabırçılıqdır, rəzillikdir. Uşaqlarınız normal rəqs eləməyi bacaranda sizə bəs etmir?

Qaşınızı, gözünüzü, burnunuzu, dodağınızı, üzünüzü dəyişirsiniz, dilinizi dəyişirsiniz, rəqsinizi, mənəviyyatınızı dəyişirsiniz. 15-30 il sonra geydirmə, bir millətə çevriləcəksiniz, xəbəriniz yoxdur. Nə özünüzdən, nə də özümüzdən bir şey qalmayacaq”, – deyə o söyləyib.

 

Oxşar xəbərlər

Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü… –

admin

“Sansiya-sanksiya gözləntilərinə qapanıb dəyişiylik xəyalları quran sadəlöv çövrə ayılsın”.

admin

“Pullarının gücünə mənə qarşı yeni təhdidlər başladıblar” – Oliqarx İsmayılovun gəlini danışdı- SENSASİON GƏLİŞMƏ

admin