16 C
Bakı
27 Sentyabr 2025 04:49
Cəmiyyətİdman

Rəşad Sadıqov: Milli komandadan təklif gəlsə…

Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stressli vəziyyət olardı. Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim.

Bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib:

“Mənə “Qarabağ” və ya “Neftçi”də işləməyə hazırsanmı?” sualını versəydilər, deyərdim ki, bunun üçün müəyyən zaman lazımdır. Amma millinin yeri mənim üçün tamamilə başqadır. Demək olar ki, ömrümü orada keçirmişəm. Əslində, rəsmi təklif olmadığı müddətcə bu mövzuda çox danışmaq və fikir bildirmək istəmirəm. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Zeynəb Xanlarovaya VƏZİFƏ VERİLDİ

redaktor

“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”

redaktor

Dilarə Səlim bu telekanala rəhbər təyin edildi

redaktor