23 C
Bakı
19 Oktyabr 2026 14:51
Dünyaİdman

“Qarabağ” azarkeşlərə müraciət etdi

“Qarabağ” “Molde”yə qarşı Norveçdə keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilin ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında Ağdam təmsilçisinə 737 ədəd bilet ayrılıb. Biletlər oyun günü – noyabrın 30-u yerli vaxtla saat 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.

Biletin qiyməti: 400 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir. Bilet almaq istəyən şəxslərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürmək tələb olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizindəki bir ada dayazlaşma səbəbindən yarımadaya çevrilə bilər

redaktor

Zelenski Trampı tənqid edir və ABŞ seçkilərini gözləyir

redaktor

Səmərqənd klanı hakimiyyəti tək əldə toplayır, Daşkənd klanı isə dirənir…

redaktor