12 C
Bakı
28 Mart 2026 22:31
HadisəMuharibə

Azərbaycan yanır: Bakı, Sumqayıt, Gədəbəy… – Təxribat, yoxsa ehtiyatsızlıq?

“Son bir həftədə ölkədə baş verən silsilə yanğınların təxribat olduğu düşüncəsində deyiləm. Təbii ki, bunlar ehtiyatsızlıqdan olur”.

Bu sözləri Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

O, ölkədə baş verən analoji yanğınlarla bağlı sosial şəbəkələrdə yayılan informasiyalara, habelə bunun təxribat olması haqqında ortaya atılan iddialara münasibət bildirib.

Millət vəkili şikayətlənib ki, Azərbaycan cəmiyyətində vətəndaşlarımızın özləri təhlükəsizliyi sonuncu yerə qoyurlar:

“Elektrikə, suya və qaza qənaət etmək üçün uyğun olmayan alətlərdən istifadə edirlər ki, bu da təhlükəsizlik üçün ciddi problem yaradır. İnsanlar, ilk növbədə, təhlükəsizliyini düşünməlidirlər. Təəssüf ki, təhlükəsizlik ölkəmizdə birinci yerdə yox, ən axırıncı yerdədir.Məsələnin kökü bundan qaynaqlanır”.

“Əslində, yanğına nəzarət edən qurum – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti çox doğru işləyir. Bu sahədə onlar bir sıra tələblər görürlər. Çünki mənə də çoxlu sayda vətəndaş şikayət edir ki, bununla bağlı icazə versinlər və s. Amma görürəm ki, orada nəyisə xahiş etdirə bilməzsən, əksinə, qanuni şəkildə həll olunmalıdır”, – deyə o, əlavə edib.

Partiya sədri xatırladıb ki, köhnədən qalma marketlər, bazarlar, təsərrüfat yerləri, səliqəsiz tikilmiş evlər və bu kimi məkanlarda bu cür yanğınlar tez-tez baş verir:

“Yanğın baş verəndən sonra ortaya çıxan ən böyük problem o yerin bərpasıdır. Əgər fərdi məkandırsa, vətəndaş onu necə bərpa edəcək? “Evim, obyektim yandı, çöldə qaldım” deyəcək. Deməli, biz burada sığorta məsələsinə çox ciddi yanaşmalıyıq ki, sonradan bunu bərpa edə bilək. Vətəndaşlarımız təhlükəsizlik məsələləri ilə bağlı olan amillərə ciddi önəm verməlidirlər”.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər

Ruslar Ukraynada məktəbə hücum etdi – Müəllimlər öldü

redaktor

Son dəqiqə: İbrahim Tatlısəs qəzaya düşdü – Fotolar

admin

Rusiya ilə dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.

admin