2 C
Bakı
11 Fevral 2026 09:52
DünyaMuharibə

İsraillə əlaqəli neft tankeri Yəmən sahillərində qaçırıldı

Yəmən sahillərində İsrail şirkətinə məxsus tanker naməlum şəxslər tərəfindən ələ keçirilib.

Bu barədə Associated Press (AP) dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Ambrey şirkətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, “Central Park” gəmisi (Operator Zodiac Maritime tərəfindən idarə olunur) Ədən körfəzində hücuma məruz qalıb. Tankerin kim tərəfindən tutulduğu hələlik məlum deyil.

Operator dəniz quldurlarının gəmiyə hücum edə biləcəyinə dair şübhələrini bölüşüb. Gəminin ekipajına Rusiya , Vyetnam , Bolqarıstan , Hindistan , Gürcüstan və Filippin vətəndaşları daxildir. Tanker fosfor turşusunu nəql edir. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

Sənət yoxsa təslimçilik?

redaktor

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb.

admin

Krasnoyarskda azərbaycanlı iş adamının villasına xüsusi əməliyyat

redaktor