DünyaMuharibə

İsraillə əlaqəli neft tankeri Yəmən sahillərində qaçırıldı

Yəmən sahillərində İsrail şirkətinə məxsus tanker naməlum şəxslər tərəfindən ələ keçirilib.

Bu barədə Associated Press (AP) dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Ambrey şirkətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, “Central Park” gəmisi (Operator Zodiac Maritime tərəfindən idarə olunur) Ədən körfəzində hücuma məruz qalıb. Tankerin kim tərəfindən tutulduğu hələlik məlum deyil.

Operator dəniz quldurlarının gəmiyə hücum edə biləcəyinə dair şübhələrini bölüşüb. Gəminin ekipajına Rusiya , Vyetnam , Bolqarıstan , Hindistan , Gürcüstan və Filippin vətəndaşları daxildir. Tanker fosfor turşusunu nəql edir. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko Trampı TƏNQİD ETDİ: “Rəbb onu axmaq hərəkətlər üçün xilas etməyib” – VİDEO

redaktor

“Müharibəni bitirmək istəyirik”

redaktor

“Bizə nə qədər pul təklif etsələr də, Moskvaya…” – Bayraktar qardaşları

admin