20 C
Bakı
20 Oktyabr 2026 06:48
Cəmiyyət

Ağamirzə: “Ağakərim insanları tanımır” – VİDEO

 

“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. Yeddi ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.

Bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor