24 C
Bakı
16 Oktyabr 2026 19:38
CəmiyyətHadisəMədəniyyət

Nazir İlham Qasımova yüksək vəzifə verdi.

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

Tacxeber Report-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor