DünyaHadisəKriminal

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı – FOTO

Afroamerikalı Corc Floydu kobud şəkildə saxladığı üçün ölümünə səbəb olan polis məmuru Derek Şovin hazırda həbsdə olduğu Arizona ştatının federal həbsxanasında bıçaqlanıb.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, nəzarətçilər hadisə yerində Şovinə kömək ediblər, bundan sonra o, xəstəxanaya göndərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, afroamerikalı Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.

Qətllə əlaqədar Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Tuson şəhərindəki orta rejimli həbsxanada çəkir.

Tacxeber.com

Oxşar xəbərlər

Beriyanı aldatmaq istəyən akademik – gəncliyində onu ölümdən ilk baxışdan sevgi xilas edib

redaktor

“Azərbaycan dilindəki dərsliklər bilirsiniz nə gündədir?!” – Elçin Əliyev

redaktor

Bu həftə “Bitcoin” və “Ethereum”un qiyməti necə dəyişəcək? – Analitiklər açıqladı

admin