24 C
Bakı
26 Sentyabr 2025 16:03
DünyaHadisəKriminal

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı – FOTO

Afroamerikalı Corc Floydu kobud şəkildə saxladığı üçün ölümünə səbəb olan polis məmuru Derek Şovin hazırda həbsdə olduğu Arizona ştatının federal həbsxanasında bıçaqlanıb.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, nəzarətçilər hadisə yerində Şovinə kömək ediblər, bundan sonra o, xəstəxanaya göndərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, afroamerikalı Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.

Qətllə əlaqədar Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Tuson şəhərindəki orta rejimli həbsxanada çəkir.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynaya ayrılan vəsait ABŞ iqtisadiyyatına faydalıdır

redaktor

Qərar verildi: Bu verilişlər bağlanır – Dəqiq tarix

admin

S-400 DİLEMMASI – Prezident Erdoğan Rusiyadan aldığı S-400-ləri tənqid edib. Nələr baş verməkdədir?

admin