31 C
Bakı
13 Avqust 2025 15:55
Sağlamlıq

Keçən ildən qalma mürəbbəni yemək olarmı?

 

Nənələr deyərdi ki, mürəbbə xarlanar, amma xarab olmaz və hətta keçən ildən qalma mürəbbəni yeyərdilər.

“Medicina” xəbər verir ki, dosent Yelena Yerşova ötən ildən qalma mürəbbələrin sağlamlığa ciddi təhlükəsi barədə xəbərdar edib.

“Əgər köhnə mürəbbənin rəngi və dadı dəyişibsə, orda patogen mikroorqanizm bakteriya və göbələk çoxalmış ola bilər, bu isə güclü zəhərlənmə deməkdir.

Üzəri, qapağın altı kif bağlamış mürəbbəni d təkrar qaynadıb və ya təmizləyib yemək olmaz. Kif göbələyin izləri termik işlənmədən sonra da qala bilər.

Çəyirdəkli meyvədən mürəbbə 8 aydan çox saxlanılmamalıdır, çünki tum sinil turşusu ifraz edir.

Çəyirdəksiz mürəbbələri 1 il +15 dərəcəyə qədər temperaturda və ya soyuducuda 2 il saxlamaq olar.

Mənfi dərəcədə mürəbbə dad və keyfiyyətini dəyişir, metal qapaqdan istifadə etmək olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Kababın sağlamlıq üçün faydaları

redaktor

Bütün ürək xəstəliklərinin və infarktın qarşısını alan MÖCÜZƏVİ RESEPT

redaktor

“Bağırsaq bakteriyaları insan orqanizmini zəhərli “əbədi kimyəvi maddələr”dən təmizləyə bilər” – elmi kəşf

redaktor