31 C
Bakı
13 Avqust 2025 15:41
Sağlamlıq

Kişilər, balqabaq toxumu sizin üçündür: İnanılmaz faydası var

 

Balqabaq toxumlarının müntəzəm istifadəsi sinir sisteminin və böyrəklərin işini yaxşılaşdırır, həmçinin kişilərin sağlamlığına faydalı təsir göstərir.

Tacxeber.comxəbər verir ki, bu sözləri terapevt və diyetoloq Yelena Tixomirova “İzvestiya” qəzetinə müsahibəsində deyib. Həkim bildirib ki, balqabaq tumları öz tərkibinə görə unikal məhsuldur. Onun sözlərinə görə, 60 qram, yəni bir ovuc toxumda əsəb sistemini və əzələləri rahatlaşdırmaq üçün faydalı olan maqnezium, sümük sağlamlığı üçün vacib olan fosfor, həmçinin hematopoez prosesi üçün lazım olan kobalt, manqan və mis var. Bundan əlavə, Tixomirova qeyd edib ki, məhsul xrom və sinklə də zəngindir.

“Xrom qanda karbohidrat mübadiləsinin tənzimlənməsi üçün lazımdır və iştahı azaltmağa kömək edir. Sink spermatogenezdə iştirak edən və kişi cinsi hormonlarının və sperma istehsalını yaxşılaşdıran bir mineraldır. Ona görə də balqabaq toxumlarını təbii afrodizyak adlandırmaq olar”, – diyetoloq xüsusi vurğulayıb.

Sonda həkim əlavə edib ki, balqabaq toxumu istənilən formada təsirlidir. Ancaq unutmayın ki, onlar qoz-fındıq kimi olduqca yüksək kalorilidirlər, odur ki, həddi aşmamalısınız.

Tacxeber.com

Oxşar xəbərlər

Dilini qırıq dişinə sürtdü və xərçəng əmələ gəldi – Diqqətli olun !

admin

Gündəlik çay içmək diabet riskini azaldır – Alimlər

redaktor

Tez yaşlanmaq və xəstələnmək istəmirsizsə, bunları edin: piyada gəzmək, duş, qatıq…

redaktor