Sağlamlıq

Çayla çox konfet yeyənlər tez qocalır

Bəzi növ konfetləri yemək bioloji qocalma proseslərini sürətləndirir.

Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, dietoloq Mixail Qinzburq hər dəfə konfetlə çay içməyin potensial zərərini açıqlayıb.

“Bu qənnadı məmulatlarında arzuolunmaz maddələr var. Məsələn, palma yağı, ucuz, süni kakao yağı, trans yağ, süni rəng və s. Eləcə də konfetlərdə normadan artıq şəkər var. Həzm orqanları və qaraciyər üçün belə tərkibi həll edib mənimsəmək çox çətindir. Əlavə olaraq zərərli maddələrlə də yüklənir.

Konfetlərin bir zərəri qanda xolesterini artırıb, damarlarn tıxanmasına səbəb olmasıdır.

Kakao yağını əvəzləyici tərkiblə hazırlanan şokolad və konfetləri çox yeyənlərdə yaşlılara mənsub xəstəliklər erkən başlayır, onlar zahirən də tez qocalır. Ona görə marketlərdə satılan konfetlərdən həftədə 1-2 dəfədən artıq yeməyin, hər dəfə çayı konfetlə içməyin”, – dieoloq qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İmmuniteti yüksəldən arı südü nədir? – Faydaları və istifadə qaydaları

redaktor

Nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayı niyə artır? – “Fastfood”, sosial şəbəkə.. – Mütəxəssis açıqladı

redaktor

Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır

redaktor