Hadisə

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Oxşar xəbərlər

Partiya sədrinin müşaviri həbs olundu

redaktor

“30 il ərzində ifşa olunmayan silsilə qatil sonunda öz şöhrətpərəstliyinin badına getdi” – Yadigar Sadıqlı

admin

Anna Akopyanın günah keçiləri: Mikael Arzumanyan və Cəlal Arutyunyan

admin