27 C
Bakı
10 Avqust 2025 00:21
Hadisə

Müharibə iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Oxşar xəbərlər

Bizim bəxtimizə ki, öz nazirini öldürdən bir ölkə ilə qonşuluq düşüb.

admin

Fazil Mustafaya hücum edən şəxs görün kim imiş – Yeni detal

redaktor

Tofiq Yaqublu ev dustaqlığına buraxılmadı

admin