12 C
Bakı
28 Mart 2026 02:31
DünyaİdmanQalmaqal

FİFA araşdırma başlatdı – Braziliyanın xalları silinə bilər

FİFA DÇ-2026-nın seçmə mərhələsində Braziliya – Argentina oyunundan (0:1) əvvəl “Marakana” stadionunda olan hadisələrlə bağlı rəsmi araşdırma başladıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Matçda əvvəlcə iki komandanın azarkeşləri dava ediblər. Daha sonra isə Braziliya polisi qonaq komandanın azarkeşlərinə hücum edib. Hətta argentinalı futbolçular münaqişəyə müdaxilə etsə də, sonda Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb. Emiliano Martinez isə özbaşına polisləri dayandırmağa çalışıb. Hadisə səbəbindən oyunun başlaması yarım saat gecikib.

FİFA yaşananlara görə Braziliya millisini boş tribunalar qarşısında oynamaqla, hətta xalların silinməsi ilə cəzalandıra bilər.

Hazırda turnir cədvəlində Argentina 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı yerdədir.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər sosial mediada ən çox Azərbaycan xəbərlərini oxuyur – FOTO

redaktor

Putin ordusunun uğursuzluğuna təəccüblənib – Heyns

redaktor

Tarixi faciələrlə “zəngin” olan ölkə: milyonlarla insan ölüb – FOTO

redaktor