11 C
Bakı
25 Mart 2026 19:27
GündəmŞou

Aytən Səfərova kişiləri tənqid etdi: “Burnunuzdan, qulağınızdan çıxan tükləri az qala hörəsiniz”

 

Aparıcı Aytən Səfərova kişiləri tənqid edib.

Tacxeber.com Bizim.Media-ya istinadla xəbər verir ki, Aytən aparıcısı olduğu “Xəbər-ətər” verilişində əks cinsin nümayəndələrinin natəmizliyindən söz açıb.

“Kişilər, burnunuzdan, qulağınızdan tüklər çıxır, az qala ki, onları hörəsiniz. Nə olar, bir dəfə gedin, onları lazer etdirin. Lazer təkcə qadınlar üçün deyil. Burunlarınızın üstündə iki tək, bir cüt tüklər var, onları sağa-sola, yuxarı-aşağı darayırsınız. “Gül-çiçək olur”… Gedin, onları lazerlə götürün. Qulağınızdan çıxan tüklərə də əncam çəkmək lazımdır. Lazer gigiyena və təmizlikdir.

Kim deyib ki, lazer təkcə qadınlar üçündür? Kişilər də istifadə etməlidir. “Mono” qaşlar var… Sanki onlar qağayıdırlar… Axı niyə onları düzəltdirmirsiniz?

Aşpazlar yemək bişirirlər, qollarını çırmalayanda böyük ölçüdə tükləri göz önünə çıxır. O aşpazın bişirdiyi yeməyi yeyəndə, bilmirsən ki, o tük harada qalıb”,- deyə Aytən vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Pis yola düşən, evdən qaçan, uşağını atan qadınların yanındayam”

redaktor

Şuşa türməsində işgəncə görən 3 azərbaycanlının anlatdığı dəhşətlər – VİDEO

redaktor

Azərbaycanın bu institutunun 70-ə yaxın əməkdaşı işləmək üçün xaricə gedib

admin