28 C
Bakı
12 Avqust 2025 18:28
Hadisə

ABŞ – Kanada sərhədində partlayış: Ölənlər var

 

Nyu Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb, ölənlər var.

Tacxeber.com xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. İnsident Nyu-Yorka gedən “Mercedes Benz” markalı avtomobildə baş verib.

Həmçinin bildirilir ki, hadisə zamanı avtomobildə azı bir nəfər olub, o, partlayışdan əvvəl saxlanılıb.

Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib. Digər mətbuat orqanları isə bildiriblər ki, hadisə zamanı azı 2 nəfər ölüb. Onların avtomobilin sərnişinləri olduqları bidirilir.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Tacxeber.com

Oxşar xəbərlər

Sumqayıtda müayinəyə gələn pasiyent növbədə öldü

redaktor

DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanılıb

redaktor

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa…

admin