21 C
Bakı
22 İyun 2025 07:25
DünyaMuharibə

NATO qüvvələri Zəngəzura yerləşdirilir? – AÇIQLAMA

“Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı yeni razılıq əldə olunub”.

Bunu politoloq Zaur Məmmədov deyib. O, qeyd edib ki, Paşinyan dünənə qədər Qarabağla bağlı Moskvaya qarşı demarş edə bilmirdisə, bu gün bunu sərbəst şəkildə reallaşdırır:

“Burada əsas istiqamətlərdən biri Qərb hərbçilərinin “missiya” adı altında Zəngəzura gətirilməsi idi. Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ötən ilin payızında İrəvan- Brüssel arasındakı Praqa razılaşmasına görə 3 aylıq Zəngəzurda yerləşdirilmişdi. Onların qalma müddətinin uzadılması haqqında isə əlavə heç bir sənəd imzalanmamışdı. Fevralın 20-dən noyabrın 20-dək hüquqi əsas olmadan bölgədə qalan Aİ missiyasına bugünlərdə leqallıq verildi. Ermənistanla Aİ arasında missiyanın statusu haqqında sazişdə təsbit olunan əsas məsələ odur ki, avropalı missionerlər diplomatik status alırlar. Söhbət səhiyyədən tutmuş texniki məsələlərə qədər müşahidəçilər üçün əlçatan şəraitin yaradılmasından gedir. Aİ-nin Ermənistandakı diplomatik missiyası faktiki olaraq daha 100 nəfər artacaq”.

Ekspert bildirib ki, gələcəkdə onların sayı 500-ə qədər artırıla bilər:

“Qərbin xüsusi missiyasının nümayəndələrinin toxunulmazlığı olacaq, onların baqajında axtarış aparıla bilməz. Beləliklə, yük adı altında silahdan tutmuş, casus texnikasına qədər hər şey Ermənistan ərazisinə gətiriləcək. Mövcud proses Zəngəzur və Göyçə regionlarında sistemli silahlanma və faktiki olaraq, NATO hərbçilərinin yerləşdirilməsi deməkdir”. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

Telefonunu təmirə verən şəxsə şok yaşatdılar – Kartından 12 min manat yoxa çıxdı

redaktor

Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı

redaktor

Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı paylaşım – FOTO

redaktor