28 C
Bakı
11 Avqust 2025 21:11
DünyaSiyasət

“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə…” – Zelenski

“Ordunun etdiyi ən böyük səhv siyasətə qarışmaqdır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, qeyd edib ki, bu halda hərbçilər birbaşa vəzifələrini yerinə yetirməyi dayandırır və karyeralarına daha çox vaxt ayırırlar.

“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə, bu, öz qərarıdır. Amma o, hərbi əməliyyatlarda iştirak edə bilməz. Sabah siyasətə girəcəyini və ya seçkiyə qatılacağını düşünürsənsə, o zaman həm sözdə, həm də cəbhədə özünü hərbçi kimi yox, siyasətçi kimi aparacaqsan. Məncə, ən böyük səhv budur”, – Zelenski “The Sun” qəzetinə söyləyib.

Qeyd edək ki, bu yaxınlarda Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişənin olduğu deyilir. Həmçinin, yerli mətbuatda Zalujnının 2024-cü ildə Ukraynada keçiriləcək prezident seçkilərində iştirakının mümkün olduğu yazılıb. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putini qorxaqlıqda ittiham etdi

redaktor

İsveç: Biz Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik

admin

Xərçəngin müalicəsində mühüm addım – İngiltərədə başladı

redaktor