23 C
Bakı
24 İyun 2025 12:42
Dünyaİqtisadiyyat

Azərbaycan İssık-Kul gölü sahilində 5 ulduzlu hotel tikəcək – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

Ritterdən ŞOK İDDİA: Türkiyə NATO-dan çıxıb bu təşkilata üzv olacaq

redaktor

Ukrayna Baş Qərargahı: “Rusiyanın itkiləri 75 mini keçib”

redaktor

Zelenski: Çin Rusiyaya silah verir

admin