21 C
Bakı
21 İyun 2025 22:36
Maqazin

Şəbnəm Tovuzlu: “Ərimlə küsülü qalanda əsəbiləşib onu vururam”

 

Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Tacxeber.com Bizim.Media-ya istinadla xəbər verir ki, o, “Xəbərin var?” maqazin verilişində əri Hacı Ramildən söz açıb.

Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün həmişə özü addım atır:

“Elə olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Küsülülüyə dözə bilmirəm. Ona zəng edib ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşir, onu vururam. Amma o heç vaxt mənə əl qaldırmaz. Deyirəm ki, tez de, “Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”. Bunu mənə deyə bilərsən?! Təbii ki, yox!”

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramillə nikahdan isə müğənninin Əli adlı oğlu var.

Tacxeber.com

Oxşar xəbərlər

“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar”

redaktor

Mələkxanım Əyyubova: Qızımın aparıcı olaraq seviləcəyinə əminəm

redaktor

Cüneyt Arkının doğmaları miras davasına çıxdı

redaktor