20 C
Bakı
23 İyun 2025 08:48
İdman

Mətbuat Şurasının sədri: Azərbaycan millisinin baş məşqçisi jurnalistlərdən üzr istəməlidir

 

“De Byazinin jurnalistlər barəsində işlətdiyi ifadələr etik çərçivəyə sığmır və qınanmalıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Canni De Byazinin dünən jurnalistlərə qarşı işlətdiyi fikirlərinə münasibət bildirərkən deyib.

Sədr, eyni zamanda, Baş katibin onun əvəzindən üzr istəməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Amma bu addımı De Byazi özü də atmalıdır”.

Xatırladaq ki, millimizin baş məşqçisi dünən Belçika-Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib.

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari” komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Tacxeber.com

Oxşar xəbərlər

UEFA “Qarabağ”a yarım milyon avro ödədi

redaktor

Mbappe Messi, Neymar və Ronaldonu geridə qoydu

redaktor

ÇL-in oyunları bu kanallarda

admin