24 C
Bakı
22 İyun 2025 10:30
Gündəmİdman

“De Byazi ilə bağlı ciddi tədbir görüləcək” – Vitse-prezident

AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək.

Tacxeber.comxəbər verir ki, bu barədə AZƏRTAC-a milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: “Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələyə ilə bağlı ciddi tədbir görüləcək”.

Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb: “Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik”.

Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib: “Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu il Azərbaycana ən çox dollar gətirən 10 şirkətin siyahısı

admin

Ukrayna Sakaaşvili ilə bağlı Gürcüstana müraciət edib – Video

admin

Onkoloji xəstəlik eşidəndə elə bilirlər dünyanın sonudur- Onkologiya mərkəzinin baş həkimi

redaktor