23 C
Bakı
24 İyun 2025 13:15
Hadisə

Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi – VİDEO

Tufandağda xarici ölkə vətəndaşı belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda Tufandağ ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Tacxeber.com FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 2015-ci il təvəllüdlü xarici ölkə vətəndaşı R.Məmmədov köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Rusiya da daxil olmaqla 43 ölkə vətəndaşı üçün giriş qadağasını müzakirə edir

admin

Cəmil Məmmədliyə 6 il 2 ay həbs verildi.

admin

İranda “Azadlıq Radiosu”nun əməkdaşı saxlanıldı

redaktor