24 C
Bakı
26 Sentyabr 2025 18:02
Cəmiyyət

“Psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır” – Siyavuş Novruzov

“Psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır” – Siyavuş Novruzov

“Efirlərimiz biabırçı vəziyyətdədir! 70 yaşlı adamları evləndirir, boşandırırlar, efirə yaraşmayan mövzuları müzakirə edirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Globalinfo-ya müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib. O, tənqidi fikirlərini belə davam etdirib:

“Təsirlisi də odur ki, verilişlərin bu qədər tənqid olunmasına baxmayaraq, sayı gündən-günə artır. Bunun qarşısı alınmalıdır. İnanıram ki, Audiovizual Şura ciddi bir tədbir görəcək.

Efir məhkəmə deyil, bazar deyil, başqa şey deyil. Camaatı reklam xatirinə yoldan çıxarırlar. Olmaz axı belə! Dörd dəfə ailə qurub boşanan gəlib efirdəkilərə məsləhət verir. Cəmiyyət səni də, keçmişini də yaxşı tanıyır. Sən gəlib kiminsə üstünə qışqıra, boşandığı üçün tənqid edə, yol göstərə bilməzsən. Mentalitetimizə də ziddir.

Hələ efirlərə çıxan psixoloqları demirəm. Ağızlarına və ağıllarına gələni danışırlar. Heç elə psixoloqlar efirə buraxılası deyil. Vallah, ölkədə olan psixoloqların əksəriyyətinin özünə psixoloq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Salyan heyvasının sağlamlığa hansı faydaları var? – VİDEO

redaktor

Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər

admin

Mərhum nazirin şirkətinə 2,5 milyon manat ödəniləcək.

admin