24 C
Bakı
13 Avqust 2025 07:50
DünyaGündəm

Bayden həyat yoldaşını Meksika prezidentinə qısqandı

 

ABŞ prezidenti Co Bayden etiraf edib ki, həyat yoldaşı Cil Baydeni Meksika rəhbəri Andrés Manuel López Obradora qısqanıb.

Tacxeber.comxəbər verir ki, bu barədə “Daily Mail” yazıb. ABŞ liderinin sözlərinə görə, meksikalı həmkarı ilə görüşü zamanı həyat yoldaşı Cill Bayden Latın Amerikası dövlətinin liderini bəyəndiyini deyib.

“Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmuşdun və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum”, – Bayden zarafat edib.

Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.

Xatırladaq ki, ABŞ Konqresi Baydenin “idrak qabiliyyətlərinin zəiflədiyindən” narahat olduğunu bildirmişdi. Amerika Konqresinin Nümayəndələr Palatasının yeni spikeri respublikaçı Mayk Conson izah edib ki, senatorların əksəriyyəti bu fikirdədir Üstəlik, məsələ Baydenin şəxsiyyəti və xarakteri ilə deyil, yaşı ilə bağlıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Böyük Britaniyadan Ukraynaya 2,5 milyardlıq hərbi dəstək

redaktor

“Putinlə Tramp təkcə Ukraynanı yox, bütün dünyanı bölmək İSTƏYİR” – SENSASİON AÇIQLAMA

redaktor

Britaniya kəşfiyyatı Rusiya haqqında yeni məlumat yaydı.

admin